SİZİN REKLAM BURADA!
055 213 76 73


“CinemaPlus” kinoteatrlar şəbəkəsində rəhbərliyində yeni təyinat olub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, “CinemaPlus” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərinin ümumi yığıncağının qərarı əsasında Zaur Darabazadə Cəmiyyətin Müşahidə Şurasının sədri seçilib.

Məlumat üçün bildirək ki, 2015-ci ildə Zaur Darabzadə Azərbaycanda regionun ilk müasir texnologiyalarla təchiz edilmiş “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru vəzifəsinə təyin olunub.

2018-ci ildən “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının üzvü və Biznesin inkişafı departamentinin direktoru idi.

BAKU.WS