VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"May ayının 10-15-dən sonra COVID-19 virusu daha aqressiv olmağa, insanları daha ciddi zədələməyə başladı".

BAKU.WS xəbər verir ki, bu sözləri Tədris Terapevtik Klinikanın direktoru Surxay Musayev deyib.

O bildirib ki, koronavirus xəstəliyi zamanı ilk zədələnən orqan ağ ciyərlərdir: "Ağ ciyərlər zədələndiyi üçün insan nəfəs almağına baxmayaraq onun qəbul etdiyi oksigen bədənə qəbul olunmur. Ağ ciyərlər bəzən daha çox zədələnir və bu zədələnmənin səviyyəsinə görə insanlar çətinliklə boğulmadan xilas olunur.

Burada ilkin əlamətlər qızdırmanın yüksək olması, xəstələrin boğulması və təşvişə düşməsidir. Bütün bu əlamətlər göstərir ki, artıq koronavirus öz işini görməyə başlayıb.

Ən təhlükəli vəziyyət isə COVID-19-a yoluxan şəxslərdə digər xəstəliklərin (böyrək, qara ciyər, ürək qan-damar) olmasıdır. Bizim itirdiyimiz xəstələrin çoxunda bu yanaşı xəstəliklər olub".

Orxan Hüseyn
BAKU.WS