SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəmkir rayonunda qətl hadisəsi baş verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, Şəmkir rayon Sabir kənd sakinləri olan Ruslan Nağıyev və onun əmisi oğlu Xaliq Nağıyev bıçaqlanaraq ağır xəsarət alıblar.

R.Nağıyev xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib. X.Nağıyev isə ağır halda Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə saxlanılıb.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.


BAKU.WS