VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış jurnalist Səlim Babayev koronavirus infeksiyasına yoluxub.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, bu barədə onun oğlu bildirib.

"Atam COVID-19 xəstəsidir. Bakı Sağlamlıq Mərkəzində reanimasiyada yatır, 2 gündür vəziyyəti ağırlaşıb. Atamın bütün jurnalist dostlarından dəstək istəyirəm, atamın sağalmasına kömək edin", - deyə onun övladı bildirib.

Qeyd edək ki, Səlim Balayev uzun illərdir mətbuatda çalışır. O, ölkənin bir sıra nüfuzlu qəzetlərində, habelə elektron kütləvi informasiya vasitələrində maraqlı araşdırmalarla, məqalələrlə çıxış edib.

BAKU.WS