SİZİN REKLAM BURADA!
055 213 76 73


“Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlığı var. Bizim mövqeyimiz dəyişməzdir. Mövqeyimiz də ondan ibarətdir ki, Qafqazda sülhə alternativ yoxdur”.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Gürcüstan baş nazirinin beynəlxalq münasibətlər üzrə müşaviri İrakli Çikovani deyib.

Onun sözlərinə görə, Rusiyanın 300 hərbi maşının Ermənistana Gürcüstan ərazisi vasitəsilə çatdırmağa hazırlaşması ilə bağlı yerli KİV-in yaydığı məlumat yalandır: “Bu cür təhrif olunan informasiyaları bəzi siyasi partiyalar təbliğat məqsədilə təqdim edirlər”.

Müşavir bildirib ki, Gürcüstanın mövqeyi bütün tərəfdaş ölkələr üçün açıq və aydındır:

“Təəssüflər olsun, bu, konkret KİV tərəfindən təhrif olunmuş informasiyanı yaymaqla bağlı ilk hal deyil”.

Qeyd edək ki, ötən gün Gürcüstanın müxalif “Mtavari arxi” telekanalında Rusiyanın Ermənistana 300 hərbi avtomobilin Gürcüstan ərazisi ilə daşınmasına hazırlaşdığı barədə süjet yayımlanıb. Süjetdə iddia olunub ki, Gürcüstanda qeydiyyatda olan yükdaşıma şirkətlərindən biri bununla bağlı təklif alıb.

BAKU.WS