SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qarabağ" klubu yeni transferi ilə müqavilə imzalayıb.

BAKU.WS xəbər verir ki, yeni mövsüm üçün heyətini gücləndirməyə davam edən Ağdam klubu Danimarkanın "Kopenhagen" klubundan Uroş Matiçi heyətinə qatıb. Yarımmüdafiəçi ilə 3 (2+1) illik müqavilə imzalanıb.

Tanınmış futbolçu "Qarabağ"a keçidi ilə bağlı açıqlama verib:

"Təbii ki, "Qarabağ" haqqında məlumatım var idi, bilirdim ki, ölkənin ən böyük klubudur. Bilirdim ki, müntəzəm olaraq avrokuboklarda çıxış edir, bu da mənim "Qarabağ"ı seçməyimdə əsas rol oynadı. Artıq "Qarabağ"ın içindəyəm. Bir daha şahidi oldum ki, bu uğurların heç biri təsadüf deyil.

Komandada çox yaxşı ailə atmosferi var və çox xoşbəxtəm ki, bu ailənin bir üzvünə çevrildim. Yeni komandama fayda vermək üçün bütün gücümlə çalışacağam və oyunumla özümü azarkeşlərə sevdirəcəm".

BAKU.WS
QALEREYA