VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəşad Atakişiyevin son uçuşundan 1 il ötür.
BAKU.WS Real.tv-yə istinadən xəbər verir ki, ötən gün Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Azərbaycan Hərbi Hava Qüvvələrinin zabiti Rəşad Atakişiyevin ölümündən 1 il ötür.

Xatırladım ki, iyul ayının 24-ü axşam radələrində təlim-məşq uçuşları keçirən, pilotu Rəşad Atakişiyev olan Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.

Həyat yoldaşı Könül xanım həmin gecədən bir gün əvvəli belə xatırlayır. Rəşad Atakişiyevin 8 və 3 yaşında iki oğlu var.

Könül Atakişiyeva deyir ki, heç balaca oğlumuza atan daha həyatda yoxdu belə deyə bilmirəm.

Həmişə atasını soruşanda deyirəm ki, xaricdədi işləyir, işləri çoxdu.

O həlak olduğu zaman hələ 8 illik evli imiş...Polkovnik-leytenatımız işinə olduğu qədər həm də ailəsinə çox bağlı olub. Özünün pilot olmasına baxmayaraq, oğullarının isə hər zaman həkim-cərrah olmasını arzu edib.

Cəmi 34 il yaşayıb cəsarətli pilotumuz. Az yaşasa da, şərəfli ömür yaşayıb. Şərəfli ölüb. Rəşad Atakişiyev 2019-cu il 24 iyul tarixində həlak olsa da lakin, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə,2019-cu il avqustun 19-da təyyarənin qara qutusu, avqustun 20-də isə pilotun nəşi tapılıb. Avqustun 21-də ikinci fəxri xiyabanda dəfn edilib.

Təyyarənin axtarış ərazisinin təxmini sahəsi 600 kvadrat kilometr, dərinliyi 40 metrə qədər olub. Təyyarə və pilotun axtarışları üçün Türkiyə və Rusiyadan mütəxəssis və avadanlıqlar cəlb olundu.

BAKU.WS
QALEREYA