SİZİN REKLAM BURADA!
055 213 76 73


1 saylı Bakı DOST Mərkəzinin xidməti ərazi üzrə fəaliyyət dairəsi genişləndirilir. Hazırda Bakının Səbail və Yasamal rayonlarının əhalisinə xidmət göstərən 1 saylı Bakı DOST Mərkəzi 1 avqust 2020-ci il tarixindən etibarən Qaradağ rayonunu da əhatə edəcək.

DOST Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, bu rayonun sakinləri də sosial təminat, sosial müdafiə, məşğulluq, əmək münasibətləri də daxil olmaqla ümumilikdə 132 DOST xidmətindən faydalana biləcəklər.

Xatırladırıq ki, DOST mərkəzləri 5 avqusta kimi xüsusi iş rejimində fəaliyyət göstərir.

Vətəndaşların müraciətlərinə yalnız e-poçt və Çağrı Mərkəzi 142 vasitəsi ilə baxılır. Vətəndaşların yerində qəbulu dayandırılıb.

DOST mərkəzləri və Çağrı Mərkəzi 142 şənbə və bazar günü fəaliyyət göstərmir.

Vətəndaşların müraciətləri aşağıda qeyd olunan e-poçt ünvanları vasitəsilə cavablandırılır:

1 saylı Bakı DOST Mərkəzi

Pensiya üzrə müraciətlər: [email protected]

Müavinətlər üzrə müraciətlər: [email protected]

Təqaüdlər üzrə müraciətlər: [email protected]

Məşğulluq üzrə müraciətlər: [email protected]

Ümumi məsələlər üzrə müraciətlər: [email protected]

2 saylı Bakı DOST Mərkəzi

Pensiya üzrə müraciətlər: [email protected]

Müavinətlər üzrə müraciətlər: [email protected]

Təqaüdlər üzrə müraciətlər: [email protected]

Məşğulluq üzrə müraciətlər: [email protected]

Ümumi məsələlər üzrə müraciətlər: [email protected]

3 saylı Bakı DOST Mərkəzi

Pensiya üzrə müraciətlər: [email protected]

Müavinətlər üzrə müraciətlər: [email protected]

Təqaüdlər üzrə müraciətlər: [email protected]

Məşğulluq üzrə müraciətlər: [email protected]

Ümumi məsələlər üzrə müraciətlər: [email protected]

Vətəndaşlar həmçinin e-sosial.az portalında e-Xidmətlər (https://e-sosial.az/#/eServices) bölməsinə və ya e-gov.az portalının “Bütün xidmətlər” (https://www.e-gov.az/az/services) bölməsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adını seçməklə göstərilən e-xidmətlərdən istifadə edə bilərlər.

BAKU.WS