SİZİN REKLAM BURADA!
055 213 76 73


"Biz xəbər tutduq ki, Azərbaycanın Belçikadakı səfirliyinin önündə ermənilər aksiya keçirməyi planlaşdırırlar. Mən də Real TV-nin Avropa bürosu olaraq ora yollandım. Brüssel və sərhəd ölkələrdən (Niderland və Almaniya) azərbaycanlılar ora gəldilər. Səfirliyimizin içində sadəcə dinc aksiya keçirirdik. Həmin vaxt mən canlı yayıma da çıxdım. Biz sadəcə şüarlar səsləndirir və Qarabağa ədalət, ermənilərin vəhşiliklərini durdurmağını istəyirdik".

BAKU.WS xəbər verir ki, bu sözləri Belçikada ermənilərin hücumu nəticəsində başından xəsarət alan Xatirə Sərdarqızı deyib.

O əlavə edib ki, Belçika polisi orada təhlükəsizlik tədbirləri görsə də, ermənilərin hücumu anidən baş verib: "Səfirlik bizim ərazimizdir və ora bizim torpağımız sayılır. Aksiya iştirakçıları orada öz torpağımızı qoruyurdu. Təbii ki, mən orada media nümayəndəsi idim. Mən həm də şuşalıyam və bir qarabağlı olaraq sərhədlərimizi qoruyurdum. Hər şey bir anda baş verdi. Mən hətta əlimdə telefon canlı yayımda idim.

Bir anda sanki üstümüzə daş yağışı yağdı. Nə olduğunu biz də anlamadıq. Belçika polisi orada təhlükəsizlik tədbirləri görmüşdü. 1-2 saat əvvəldən əraziyə də gəlmişdi. Çox sayda polis əməkdaşları və zirehli texnikaları da var idi.

Ancaq ermənilərin o polislərin üzərindən daş atmaqları bir anda gözlənilməz oldu. Bunu heç kim gözləmirdi. Mən heç nə hiss eləmədən başıma zərbə aldım. Əlimi başıma aparanda artıq qanamışdı. Təbii ki, müdaxilə olundu və onlara bizimkilər cavab verməyə çalışdı. Amma mənimlə bərabər yeddi nəfər yaralandı. Məni ambulans xəstəxanaya apardı və başıma tikiş qoyuldu".

Orxan Hüseyn
BAKU.WS
QALEREYA