VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda 5 yaşı tamam olan uşaqların məktəbəhazırlıq qruplarına qəbulunun avqust ayında aparılması planlaşdırılır.

BAKU.WS Modern.az-a istinadla xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin əməkdaşı Elçin Kərimov deyib.

Onun sözlərinə görə, sənəd qəbulu elektron proqram təminatı vasitəsilə həyata keçiriləcək. Tədris digər dillərdə aparılan qruplara uşaqların qəbulu zamanı həmin dil üzrə şifahi nitq bacarığının öyrənilməsi məqsədilə heç bir müsahibə tələb edilmir.

E.Kərimov məktəbəhazırlıq qruplarına qəbul qaydalarının əvvəlki ildə olduğu kimi aparılacağını, bununla bağlı heç bir dəyişikliyin olmadığını da söyləyib.

BAKU.WS