VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kataloniya təmsilçisi "Barselona" mövsümün sonunda 12 futbolçu ilə yollarını ayırmağı planlaşdırır. 

BAKU.WS xəbər verir ki, klubdan ayrılacaq futbolçular arasında İvan Rakitiç, Arturo Vidal və Usman Dembele də var. 

Futbolçuların komandadan kənarlaşdırılmasına səbəb onların məhsuldar çıxış edə bilməmələri olub. 

"Barselona"nı tərk etməyə adları çəkilən futbolçular bunlardır: Neto, Nelson Semedo, Samuel Umtiti, Junior Firpo, İvan Rakitiç, Arturo Vidal, Usman Dembele və Martin Braytvayt.

Həmçinin icarədə olan Karles Alena, Rafinya, Jan-Kler Todibo və Filipp Koutinyo da transferə çıxarılanlar arasındadır.

BAKU.WS