VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yelo Bank 2020-ci ilin ikinci rübünə dair maliyyə göstəricilərini açıqlayıb.

30 iyun 2020-ci il tarixinə bankın aktivləri 451.5 milyon manat, kredit portfeli 305.2 milyon manat, depozitlər 307.1 milyon manat, rüb üzrə xalis zərər isə 7.3 milyon manat təşkil edib. Bankın məcmu kapitalı 54.1 milyon manatdır.

Yelo Bankın kredit portfeli 823 min manat artaraq 275.8 milyon manata çatıb. Rüb ərzində bank tərəfindən müştərilərə 17 milyon manat kredit verilib ki, bunun 7 milyon manatı mikro, kiçik və orta sahibkarlığa verilən kreditlərin payına düşür.

İlin əvvəlindən ümumi məbləği 44 milyon manat təşkil edən 2000-dən çox biznes krediti restrukturizasiya olunub.

Maliyyə göstəricilərini şərh edən Yelo Bankın İdarə Heyətinin sədri Nikoloz Şurqaia bildirib: "Rüb ərzində müştərilərlə fiziki ünsiyyətdəki çətinliklərə baxmayaraq, biz praktiki olaraq fəaliyyətinə icazə verilən bütün sahələri kreditləşdirdik. Bununla yanaşı, komandamız çətinliklə üzləşən müştərilər üçün minlərlə həllər tapmağı bacardı.

Səhmdarlarımız il ərzində kapitalın artırılması üçün 30 milyon manat məbləğində vəsaiti artıq köçürüb. Bu vəsait planlaşdırılmış zərəri bağlamaq və inkişaf üçün nəzərdə tutulmuş investisiyaları həyata keçirmək üçün artıqlaması ilə kifayət edir. Komandamız müştərilərə xidmət etmək və yeni iqtisadi reallıqlara uyğun bankın transformasiyası üçün olduqca yüksək tempdə və həvəslə işləyir. Üçüncü rübdə müştərilərimiz Yelo Bankdan xeyli sayda imkanlar əldə edəcək ki, onların arasında qabaqcıl rəqəmsal məhsullar və yeni filiallar da var".

Qeyd edək ki, 2008-ci ildən bankın majoritar səhmdarı "Topaz Investment Limited" MMC-dir, digər payçılar isə fiziki şəxs və "ISR Holding" şirkətlər qrupudur. Bank öz xidmətlərini 12 filial və rəqəmsal kanallar vasitəsilə göstərir.

BAKU.WS