SİZİN REKLAM BURADA!
055 213 76 73


Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Azərbaycan Diaspor Könüllülərinin iştirak etdiyi videokonfrans keçirilib.

BAKU.WS Komitəyə istinadən xəbər verir ki, tədbirə Azərbaycan Diaspor Könüllülərini təmsil edən 50 gənc qatılıb.

Könüllüləri salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov öncə işğalçı Ermənistanın fasiləsiz olaraq törətdiyi hərbi təxribatlarla bağlı yaranmış mövcud vəziyyət, Azərbaycan Silahlı Qüvvələrinin düşmənə sarsıdıcı zərbələr endirərək ona layiqli cavab verməsi və şəhidlərimizin qanını yerdə qoymaması barədə ətraflı məlumat verib.

Dünyanın ABŞ, Almaniya, Avstriya, Niderland, Türkiyə, Ukrayna, İsrail, Macarıstan, Gürcüstan, İspaniya, İtaliya, Fransa, Rusiya və digər ölkələrində yaşayan soydaşlarımızın Qarabağ həqiqətlərinin təbliği və ölkəmizin Tovuz istiqamətində dövlət sərhədində Ermənistanın növbəti hərbi təxribatlar törətməsi ilə bağlı güclü etiraz aksiyaları keçirdiyinə diqqəti cəlb edib.

Komitə sədri deyib ki, müstəqil dövlətimizin tarixində yaranmış bu mürəkkəb dövrdə vətənpərvər gənclərimiz ön və arxa cəbhədə Vətənimiz naminə fədakarlıqlar göstərir.

Bu mənada, diaspor könüllülərinin ölkə daxilində və xaricində yaşayan vətənpərvər gənclərimizlə birlikdə sosial media və internet resursları vasitəsilə Dağlıq Qarabağ həqiqətləri, ermənilərin Qarabağda və ətraf ərazilərdə törətdikləri vəhşiliklər, hazırda cəbhədə baş verən erməni təxribatları haqqında #KarabakhisAzerbaijan, #Karabakh, #StopArmenianAggression heşteqləri ilə çoxsaylı məlumat paylaşmaqla, dünya trendinə düşməsi müsbət qiymətləndirilib.

Dövlət Komitəsinin həyata keçirdiyi müxtəlif layihələrdə diaspor gənclərinin və könüllülərinin yaxından iştirak etdiyi, bu fəaliyyətin və xaricdə yaşayan soydaşlarımızın son dönəmdə keçirdikləri aksiyaların təbliğ olunmasında böyük rol oynadıqları vurğulanıb.

Müzakirələr zamanı könüllülər “Qarabağ Azərbaycandır” “YouTube” kanalı ilə bağlı gördükləri işlərdən ətraflı bəhs ediblər.

Onlar kanalın kontentinin zənginləşdirilməsi istiqamətində çalışdıqlarını, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində müstəqil dövlətimizə, xalqımıza və ordumuza dəstək olmaq istədiklərini, ölkəmiz haqqında dezinformasiyaların yayılmasının qarşısını almağı vətəndaşlıq borcu hesab etdiklərini bildiriblər.

BAKU.WS