VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə 26 yaşlı gənci ildırım vuraraq öldürüb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə şəhərin Bağmanlar qəsəbəsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Novruzov Azər Eldar oğlu ildırım vurması nəticəsində həyatını itirib. İlkin məlumata görə, hadisə zamanı mərhum mobil telefondan istifadə edirmiş.

Qeyd edək ki, artıq ikinci gündür, ölkənin qərb bölgəsində yağışlı hava şəraiti müşahidə olunur. Tez-tez ildırım çaxır.

BAKU.WS