SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabirabad rayonunda ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildiriblər ki, iyulun 21-də saat 18 radələrində Sabirabad rayonunun Surra kəndi ərazisində Yolçubəyli kənd sakini Teyyub Mikayılov idarə etdiyi “Toyota” markalı avtomobili aşırıb.

Qəza nəticəsində sürücü və iki sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.

Hadisə ilə bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

BAKU.WS