SİZİN REKLAM BURADA!
055 213 76 73


Samur–Abşeron Su Kanalının Novxanı-Görədil yolunun kənarından keçən hissəsində kanalın həm daxilində, həm də kənarında çirkab, üfunət baş alıb gedir.

BAKU.WS xəbər verir ki, səbəb isə ərazi üzrə qoyulan zibil konteynerlərinin vaxtlı-vaxtında daşınmaması və kanalizasiya xəttinin olmamasıdır.

Qeyd edək ki, kanalın bu hissəsi Abşeron rayonunun ərazisində olsa da, öhdəlikləri Binəqədi rayon İH daşıyır. Adı çəkilən qurumsa zibillərin vaxtlı-vaxtında daşındığını bildirir. Lakin necə daşındığı göz önündədi.

“Vətəndaşların yay mövsümü ilə əlaqədar şəhər ətrafı ərazilərə getməsi zibil tullantılarının da çoxalmasına səbəb olur”. Bunu Binəqədi rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Kənan Kərimov Baku.Tv-yə açıqlamasında bildirib.

Problemin digər tərəfi - kanalizasiya sularının axıdılmasına gəlincə isə AzərSu ASC-dən bildirildi ki, ərazi üzrə gələcəkdə şəbəkənin qurulması planlaşdırılır.

“Həmin kanalətrafı ərazilərdə bu gün kanalizasiya xətti mövcud deyil. Bu səbəbdən də insanlar kanalizasiya sularını şanboya və başqa vasitələrlə kənarlaşdırır. Kanalizasiyanın çəkilməsinə dair gələcəkdə layihələr var”, - deyə AzərSu ASC-nin sözçüsü Anar Cəbrayıllı vurğulayıb. 

BAKU.WS
VİDEO