SİZİN REKLAM BURADA!
055 213 76 73


Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş hərbçilərin, xüsusən də general Polad Həşimovun adının əbədiləşdirilməsi istiqamətində geniş müzakirələr gedir. 

BAKU.WS xəbər verir ki, deputat və xalq artistlərindən tutmuş sadə vətəndaşa kimi bir çoxları yeni açılacaq metro stansiyaya şəhid generalın adının verilməsini təklif edirlər. 

Azərbaycanın xalq artisti Afaq Bəşirqızı da açıqlamasında bildirib ki, generalın adını əbədiləşdirmək üçün küçə, yeni açılacaq metro stansiya, gəmilərdən birinə onun adı verilə bilər. Hələlik bu istiqamətdə qərar verilməsə də, generalın adını daşıyacaq məkanın hara olacağı maraqla gözlənilir.

Yeni açılacaq stansiyaya şəhid generalın adının verilib-verilməyəcəyini dəqiqləşdirmək məqsədilə Nazirlər Kabinetinə müraciət etdik. Qurumun Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov BAKU.WS-ə bildirdi ki, bu barədə hansısa məsələ müzakirə edilməyib.

Orxan Hüseyn
BAKU.WS