VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Samux rayonunda elektrik yarımstansiyasının əməkdaşı yanıq xəsarətləri alıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ziyadlı kəndində qeydə alınıb.

1962-ci il təvəllüdlü Bayramov İslam Əlinağı oğlu bədənin 2-ci 3-cü dərəcəli yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, xəsarət alan şəxs Bayramov İslam Samuxda elektrik yarımstansiyasının əməkdaşıdır. Hadisə zamanı həmin şəxs növbədə olub, təmir işləri aparan zaman partlayış baş verib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

BAKU.WS