VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Karantin rejimi çox ciddi əhəmiyyət kəsb edir, çünki bu tədbirlər insanlar arasında yoluxma sayının artmasına imkan vermir".

BAKU.WS xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.

O əlavə edib ki, yumşaldılma tədbirlərinə gediləcək və bu tədbirlərə hamı hazır olmalıdır:

"Kafelər, restoranlar, digər ictimai iaşə obyektləri, "mall"lar, çimərliklər - hamısı hazır olmalıdır ki, təlimatlar və sanitar gigiyenik normalara mütləq şəkildə riayət edilsin. Əks təqdirdə yenə yoluxma sayında artım müşahidə olunacaq. Dövlət yenə məcbur olacaq ki, yenidən karantin tədbirlərinin sərtləşdirilməsinə getsin. Çünki burada insan sağlamlığından söhbət gedir.

Eyni zamanda biznes sahibləri bütün hazırlıq işlərini görməli və vətəndaşlardan istər nəqliyyat, istər metro, istərsə də supermarketlərdə tələb etməlidir ki, sanitar gigiyenik normalara riayət etsinlər. Supermarket bunu etmədikdə, alış-verişə gedən insanlar yoluxacaq və ailə üzvlərini də yoluxduracaq".

Orxan Hüseyn
BAKU.WS