SİZİN REKLAM BURADA!
055 213 76 73


Daxili İşlər Nazirliyinin koronavirusla mübarizə tədbirlərində iştirak edən daha bir vəzifəli əməkdaşı virusa yoluxaraq vəfat edib.

BAKU.WS “Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakı şəhər qarnizonunda xidmət edən 53 yaşlı polis polkovnik-leytenantı dünən koronavirus səbəbindən dünyasını dəyişib.

Bununla da DİN-in koronavirusa yoluxaraq vəfat edən əməkdaşlarının sayı 4-ə çatıb.

DİN Mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.

BAKU.WS