SİZİN REKLAM BURADA!
055 213 76 73


Tovuz rayonunun düşmənlə sərhəd kəndlərində nisbi sakitlik höküm sürür.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, bu saatlarda silah səsləri eşidilməyib. Tovuz rayonunun Ağdam kəndində, eləcə də digər sərhəd kəndlərində vəziyyət stabilləşib.

Səhər saatlarından etibarən əhali gündəlik işləri ilə məşğul olamağa başlayıb.

Məlumat üçün bildirək ki, işğalçı Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində mövqelərimiz və kəndlərimiz atəşə məruz qaldı. Silahlı qüvvələrimizin cavab tədbirləri ilə düşmən yerinə otuzduruldu. Müdafiə Nazirliyinin son məlumatına görə, döyüşlərdə düşmən ölü və yaralı olaraq yüzə yaxın hərbi qulluqçusunu itirdi.

BAKU.WS