SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ilə Bakıda işgüzar səfərdə olan Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto arasında keçirilən görüşdə Ermənistanın sərhədin Tovuz rayonu istiqamətində törətdiyi təxribat müzakirə olunub. 

Bu barədə BAKU.WS-ə XİN-dən məlumat daxil olub. 

Nazir C.Bayramov bölgədə olan vəziyyət, xüsusilə Ermənistanın son təxribatı, bölgədə gərginləşən vəziyyətin kökündə məhz Ermənistanın işğalçılıq siyasətinin dayandığı, 30 ilə yaxındır ki, Azərbaycan ərazilərinin Ermənistanın hərbi işğal altında saxlandığı və məhz bu səbəbdən də bölgədə gərginliyin müşahidə olunduğu barədə qarşı tərəfi məlumatlandırıb.

Beynəlxalq ictimaiyyətin bu məsələdə tutduğu qətiyyətli mövqeyə istinad edən Ceyhun Bayramov, əfsuslar olsun ki, qəbul olunan qərar və qətnamələrin həyata keçirilmədiyini bildirərək ikili standartların müşahidə edildiyini təəssüf hissi ilə bildirib.

Ermənistanın iki dövlət sərhədində son hərbi təxribatı və bölgədəki mövcud vəziyyətlə bağlı qarşı tərəfi ətraflı məlumatlandıran nazir C.Bayramov bölgədə davamlı sülh və təhlükəsizliyin, rifahın təmin olunmasında yeganə yolun məhz BMT Təhlükəsizlik Şurasının qətnamələri və digər təşkilatların məlum qərar və sənədlərinin də tələb etdiyi kimi işğalçı ölkənin silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən və yeddi ətraf rayonundan çıxarılmasının olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.

***10:46

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun macar həmkarı Peter Siyarto ilə təkbətək görüşü başlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “Twitter” səhifəsində bildirilib.

BAKU.WS