SİZİN REKLAM BURADA!
055 213 76 73


Güney Azərbaycanda Ermənistanın Tovuzdakı təxribatlarına etiraz olaraq Azərbaycana dəstək aksiyaları keçirilib. 

BAKU.WS xəbər verir ki, aksiyalardan biri Azərbaycanın Təbrizdəki Baş Konsulluğu qarşısında baş tutub.

Bundan başqa, Urumiyə, Zəncan və Ərdəbil şəhərlərində keçirilən dinc aksiyalarda Ermənistanın son təcavüzkar əməlləri pislənib, Azərbaycanla həmrəylik nümayiş etdirilib.

Aksiya iştirakçıları işğalçı Ermənistanın Azərbaycanın yaşayış məntəqələrinə və hərbi obyektlərinə təcavüzkar hücumları nəticəsində Azərbaycanın bir neçə hərbiçisi və mülki şəxsi şəhid olduğunu bildirib, bu təcavüz aktını pisləyiblər. 

BAKU.WS
VİDEO