SİZİN REKLAM BURADA!
055 213 76 73


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi çağırışı həyata keçirir.

BAKU.WS Trend-ə istinadla xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov deyib.

Onun sözlərinə görə, əgər hər hansısa səfərbərlik olarsa, hərbi hissələrdən kadr istənilərsə, xidmət həmin vakansiyalar üzrə kadrlarla təmin edir. Müharibə dövründə zərurət yaranarsa, xidmət hazırladığı kadrları xidmətə göndərə bilər:

"Lazım olan halda hərbi vəzifəlilər çağırılaraq hərbi hissələrə göndərilə bilərlər. Bəzi şəxslər fikir səsləndirirlər ki, hərbi xidmətə getmək istəyirlər. Bildiririk ki, hər bir kəsin bizdə qeydiyyatı var və onları yenidən qeydiyyata almağa ehtiyac yoxdur. Cənab Prezidentin çıxışından sonra biz xidmətin şöbələrində vətəndaşların rəsmi qeydiyyatına başlamışıq.

Dünəndən etibarən artıq 4 min vətəndaş rəsmi qeydiyyata alınıb.

Bəzi şəxslər xidmətin şöbələrinin qarşısına gələrək öz telefonları ilə çəkiliş edir və bildirir ki, bizi qeydiyyata alırlar. Buna ehtiyac yoxdur. Biz könüllü şəkildə ordu sıralarına getmək istəyənləri qeydiyyata alırıq. Sadəcə biz bu məsələdə ehtiyatlı olmalıyıq, normal qaydada müraciət edib qeydiyyata durmalıdırlar. Hazırda proses davam edir. Eyni zamanda xidmətin rəsmi elektron ünvanına də müraciət edənlər də var onlar da qeydiyyata alınır".

BAKU.WS