SİZİN REKLAM BURADA!
055 213 76 73


"Beynəlxalq təşkilatların Bakıda ofisləri var. Niyə oturublar onlar Bakıda? Oradan bura zəng edib vəziyyət öyrənirlər. Dursunlar gəlsin və görsünlər ki, işğalçı Ermənistan mülki vətəndaşlara qarşı hansı vandalizmi edir".

BAKU.WS xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva cəbhədəki vəziyyəti BakuTV-yə şərh edərkən bildirib. 

O əlavə edib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin üçünün də Bakıda səfirlikləri var: "Hanı o səfirlər? Gəlib buradakı vəziyyəti görsünlər. Bu Minsk qrupu həmsədrlərinin vəzifəsidir.

Niyə işğalçıya və vandalizmi törədənlərə təsir etmirlər? Ermənistanın bu cəsarəti almasında onların da günahı var. Çünki işğalçıya təzyiq etmirlər. Amma biz dövlət, xalq və ordu olaraq düşmənə gərəkən cavabı vermişik və verəcəyik".

BAKU.WS
VİDEO