SİZİN REKLAM BURADA!
055 213 76 73


"Hərbçilərimizin əhval-ruhiyyəsini yüksək gördüm. Biz üzgünük ki, şəhidlər vermişik. Müharibə şəhidsiz, itkisiz olmur. Biz bütün dünyaya sübut etdik ki, biz güclü dövlət və ölkənin vətəndaşlarıyıq".

Bu fikirləri Milli Məclis Sədrinin müavini Adil Əliyev BAKU.WS-in cəbhə bölgəsinə ezam olunmuş müxbirinə bildirib.

O əlavə edib ki, cəbhə bölgəsindəki kənd ağsaqqalları və əhalini görəndə, onların əhval-ruhiyyəsini, qorxmaz münasibətini müşahidə edəndə qürurlanıb:

"Bu camaatın bu qəhrəmanlığına qibtə edirəm. İnsanların başının üstündən mərmilər atılır, ancaq onlar həyətlərindən bir addım belə kənara çıxmırlar. Bu, böyük bir qəhrəmanlıq və cəsarətdir. Mən qürur duyuram ki, ölkəmin belə vətəndaşları var".

BAKU.WS
QALEREYA