SİZİN REKLAM BURADA!
055 213 76 73


Tovuz rayonunun düşmənlə sərhəd bölgələrində kəskin döyüşlər gedir.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, bu dəqiqələrdə işğalçı Ermənistan silahlı birləşmələri tərəfindən Ağdam və Əlibəyli kəndləri iriçaplı silahlardan atəşə tutulur.

Cavab olaraq Silahlı Qüvvələrimiz tərəfindən düşmən mövqeləri şiddətli top atəşinə tutulmağa başlayıb.

Düşmənin yerləşdiyi bütün mövqelərə artilleriya qurğularından zərbələr endirilir.

BAKU.WS