SİZİN REKLAM BURADA!
055 213 76 73


Koronavirusa yoluxan Xalq artisti Nəzakət Teymurovanın vəziyyəti stabildir.

BAKU.WS xəbər verir ki, bu barədə sənətçinin yaxın rəfiqəsi, Xalq artisti Aygün Bayramova məlumat verib.
Onun sözlərinə görə, sənətçinin səhhətində dəyişiklik yoxdur:

"Bu gün mənim telefonum susmayıb. Çox şükür, Nəzakət xanımın səhhəti stabildir. Hamımız Allaha dua edək, tezliklə evinə dönsün". 

Xatırladaq ki, N.Teymurovanın koronavirusa yoluxması barədə ictimaiyyətə məlumatı Hacı Nuran Hüseynov vermişdi. O, xəstəxanaya yerləşdirilən ifaçının vəziyyətinin çox ağır olduğunu bildirib.

BAKU.WS
VİDEO