VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda silahlı insident baş verib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Mikayılov Əliağa Əkrəm oğlu və onun dostu 1988-ci il təvəllüdlü Qasımov Faiq Babaqulu oğlu mübahisə etdiyi şəxs və ya şəxslər tərəfindən güllələniblər.

Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Müayinə zamanı Ə.Mikayılovda sağ bud nahiyəsinin dəlib keçən bir ədəd güllə yarası, F. Qasımovda isə sol budun dəlib keçən bir ədəd güllə yarası aşkarlanıb. Hər iki yaralı əməliyyat olunub.

Qeyd edək ki, Əliağa Faiqgilə qonaq gəlib və hadisə onun həyətində baş verib.

Hazırda cinayətin təfərrüatı araşdırılır.

BAKU.WS