SİZİN REKLAM BURADA!
055 213 76 73


"Bollivud"un ulduz aktrisası Ayşvariya Ray və azyaşlı qızı Aaradxya COVID-19 virusuna yoluxublar.

BAKU.WS xəbər verir ki, aktrisanın həyat yoldaşı Abhişek Baççan hər ikisindən götürülən analiz nümunələrinin müsbət çıxdığını bildirib

“Onlar karantin müddətində evdə olacaqlar. Ailədə digələrinin, o cümlədən anamın testi mənfi nəticə verib. Dua etdiyinə görə hər kəsə təşəkkür edirəm”, - deyə Abhişek Baççan qeyd edib. 

Qeyd edək ki, Hindistanda koronavirusa yoluxanların sayı 856 min nəfərdən çox təşkil edir ki, onların da 22 min 762 nəfəri həyatını itirib. 

BAKU.WS