VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Qazax avtomagistralının Goranboydan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, üzü Bakıya doğru hərəkətdə olan qarpızla yüklənmiş “Qazel” markalı avtomobilə, eyni istiqamətdə gedən iritonnajlı yük maşını çırpılıb.

Zərbənin gücündən “Qazel” idarəetmədən çıxaraq yol kənarına aşıb.

Daşıdığı qarpızlar isə magistral yola dağılıb. Sürücü Samux rayon sakini Təvəkkül Kərimov qəzanın anidən baş verdiyini bildirib.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmasa da, Samux sakininin əkib-becərdiyi 3 tona yaxın qarpız yola dağılaraq zay olub.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
QALEREYA