SİZİN REKLAM BURADA!
055 213 76 73


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr təyinatı olub.

BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb.

Əmrə əsasən, Sənan Məmmədzadə yeni yaradılan 4 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin rəhbəri vəzifəsinə təyinat alıb.

O, bundan əvvəl Suraxanı Rayon Məşğulluq Mərkəzinin direktoru olub.

S.Məmmədzadə məlumatı saytımıza təsdiq edib.

BAKU.WS