SİZİN REKLAM BURADA!
055 213 76 73


Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi DAF markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə istinadən xəbər verir ki, şifahi sorğu-sual zamanı sürücü idarə etdiyi yük avtomobilində gömrük nəzarətindən gizlədilən, gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı gömrükçülər nəqliyyat vasitəsinin salonunda gömrük nəzarətindən gizlədilən, yazılı və ya şifahi formada bəyan olunmayan, ümumilikdə 6 adda 18 ədəd avtomobil ehtiyat hissələri aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS