SİZİN REKLAM BURADA!
055 213 76 73


Masallıda maskalı şəxslər mənzilə basqın ediblər.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayonun İsi kəndində yaşayan 1955-ci il təvəllüdlü Fəxrəddin Əhədov iyunun 29-da Masallı rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək həmin gün 3 radələrində yaşadığı evə maskada 3 nəfərin daxil olduğunu bildirib. Maskalı şəxslər ona hədə-qorxu gələrək xəsarətlər yetirməklə 1500 manat pulunu alaraq qaçıblar.

Faktla bağlı Masallı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BAKU.WS