SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda karantin tədbirlərinin yumşaldılamasındann sonra gündəlik yoluxma hallarının 400-ü aşmasından sonra bir sıra şəhər və rayonlarda yenidən sərt karantin tədbirləri tətbiq edildi.

BAKU.WS xəbər verir ki, ümumən ölkə ərazisində isə karantin rejiminin vaxtı 1 avqusta qədər uzadıldı.

Hazırda əsas vəzifə koronavirusa yoluxma hallarının artım dinamikasını dayandırmaq və bu sahədə müsbət tendensiyaya, yoluxma hallarının azalmasına nail olmaqdır. 21 iyundan etibarən karantin rejimi sərtləşdiriləndən sonra yeni yoluxma hallarında kəskin artım dinamikası dayan. İndi gündəlik orta rəqəm 520-550 arasında dəyişir. Əvvəlki təcrübəyə əsasən demək olar ki, karantinin ilkin təsiri onu tətbiq edəndən bir müddət sonra daha aydın görünməyə başlayır. Bu mənada, qarşıdan gələn günlərdə yoluxma hallarının sayında enmənin müşahidə olunması ehtimalı çox böyükdür.

Buna görə də Operativ Qərargahın həyata keçirdiyi tədbirlərlə yanaşı, həm də kommunikasiya sahəsində iki istiqamətin mümkün qədər əhatəli və təsirli şəkildə inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir.

Məlum olduğu kimi, karantin tədbirlərinin pozulmasınna görə cərimələr təətbiq olunsa da insanlar buna elə də ciddi məhəl qoymurlar. Hər gün yüzlərlə insan cərimələnir. Bunu nəzərə alaraq bu gün Milli Məclis cəərimələri iki dəfə qaldırılması barədə qanun layihəsini təsdiq etdi. Məsələ budur ki, bu qanun layihələri insanın həyatını qorumaq üçün qəbul edilir. İnsan özünün və başqalarının həyatına etinasız yanaşdığı üçün inzibati tədbirlər daha da sərtləşdirilir. Çünki vəziyyətin daha da pisləşməsi dövlətin müxtəlif sahələr üzrə təhlükəsizliyini də təhlükəyə salır.

İndi cəmiyyət olaraq edəcəyimiz birinci iş ÖZ HƏYATIMIZI QORUMAQDIR. Öz taleyimizi başqalarının əllərinə buraxmayaq. Biz özümüzü qoruduğumz təqdirdə avtomatik olaraq başqalarını da qorumuş olacağıq.

Lazım olmadıqca küçəyə çıxmamaq, çölə çıxdıqda maska taxmaq, sosial məsafə gözləmək,  gigiyena qaydalarına riayət etmək bizə bu virusa qalib gəlməkdə kömək edəcək başlıca təlimatlardır.

Lakin, görürük ki, insanlar xəstə olduqları halda belə rahatlıqla küçələrdə gəzir, özünütəcrid qaydalarına əməl etmir. Nəticədə yüzlərlə insanın həyatını təhlükəyə atır.

Biz cəmiyyət olaraq bilməliyik ki, cəmiyyət biz fərdlərdən ibarətdir. Biz fərd olaraq özümüzü qorumasaq və təhlükəyə atsaq, o zaman cəmiyyəti də təhlükəyə atacağıq. Belə olan təqdirdə isə bu virus hələ uzun müddət bizimlə qalacaq vəə hər gün neçə-neçə əzizimizi, yaxınımızı aramızdan aparacaq. Bir gün isə biz...

Ardını yazmağa adamın əli gəlmir. Bunun baş verməməsi üçün özümüzü qoruyaq.

BAKU.WS