VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Rəfael İsgəndərov satirik səhnəcikdə yaratdığı rüşvətxor həkim obrazına görə təzyiqə məruz qalıb.

BAKU.WS xəbər verir ki, "Bu şəhərdə" teatrının aktyoru başına gələn hadisəni AzTV-nin "Ağ-Qara" proqramında danışıb:

"İnsanlara özlərini gülünc şəkildə göstərmək çox çətin işdir. Bəzən elə olur ki, tanımadığımız insanlar belə həmin personajı özlərinə bənzədirlər və aqressiv şəkildə etiraz bildirirlər. Şəxsən mənim başıma belə bir hadisə gəlib. Sürücülük vəsiqəsi almaq üçün poliklinikaya getmişdim. Bizim də belə bir səhnəciyimiz olmuşdu: Bir qadın sürücülük vəsiqəsi almaq üçün həkimlərə rüşvət verir. Orada xanım həkim dəhlizə çıxıb abrımı ətəyimə bükdü. Dəhlizdə də adam əlindən tərpənmək olmur. Mənə nələr demədi... "Utanmırsınız, məni göstərmisiniz? Bütün Bakı mənə zəng vurdu ki, sizi göstərirlər. Mən sizi sevirdim, daha nifrət edirəm", - deyə məni danladı. Axırda hay-küyə baş həkim çıxıb məni öz otağına apardı".

Aysel
BAKU.WS
VİDEO