SİZİN REKLAM BURADA!
055 213 76 73


İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.

BAKU.WS xəbər verir ki, Məcəllənin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) yeni redaksiyada verilib.

Yeni dəyişikliyə görə, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər isə 3 min manatdan 4 min manatadək məbləğdə cərimə ediləcək.

Digər bir dəyişikliklə isə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs, hüquqi şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə ediləcək.

Məcəlləyə dəyişiklik layihəsi parlamentin plenar iclasında müzakirəyə çıxarılaraq təsdiq olunub. 

BAKU.WS