SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabirabadda baş verən qəzada sürücü ölüb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Polad Toğayı kəndində baş verib.

“Mercedes” markalı yük avtomobili Sabirabad rayonunun Polad Toğayı kənd sakini, 1980-ci il təvəllüdlü Əsgərov Şamxal Nazim oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə toqquşub.

Sonuncunun sürücüsü Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Sürücü aldığı xəsarətlərdən keçinib.

Faktla bağlı Sabirabad polis şöbəsi tərəfindən araşdırma aparılır.

BAKU.WS