SİZİN REKLAM BURADA!
055 213 76 73


Şair, tərcüməçi Səlim Babullaoğlu koronavirusdan sağalıb.

BAKU.WS-in məlumatına görə, özü bu barədə “Facebook” hesabında paylaşım edib.

S. Babullaoğlu qeyd edib ki, artıq evdədir: “Səhhətim, şükür Allaha, normaldır. Analiz neqativdir. Bərpa prosesi keçilməlidir. Bütün dostlara, həkimlərə təşəkkürlər”.

Qeyd edək ki, iyunun 18-də şair, tərcüməçi Səlim Babullaoğlu koronavirus (COVID-19) şübhəsi ilə xəstəxanaya yerləşdirilmişdi.

BAKU.WS