SİZİN REKLAM BURADA!
055 213 76 73


Dövlət Turizm Agentliyinə məxsus “Şahdağ Turizm Mərkəzi” QSC-nin dövlət büdcəsinə borcunun məbləği məlum olub.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu günə olan borcun həcmi 2 353 003,39 manat təşkil edir.

Xatırladaq ki, “Şahdağ Turizm Mərkəzi” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 546,8 milyon manatdır.

Şahdağ milli parkının yaxınlığında salınmış kompleks Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.

BAKU.WS