SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəmkirdə intihar hadisəsi baş verib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. Kənd sakini 1970-ci il təvəllüdlü Cəlil İsmayılov ailə münaqişəsi zəminində hər iki qolunun damarlarını kəsərək intihar edib.

İlkin məlumata əsasən, hadisə kişinin həyat yoldaşı ilə mübahisəsi zəminində baş verib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.

C.İsmayılovun əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

BAKU.WS