VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Aytən Səfərovaya qarşı dələduzluq edilib.
BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, Cəfər adlı bir şəxs özünü onun həyat yoldaşı kimi təqdim edərək, rüşvət alır.

Səfərova bildirib ki, bu barədə ona Bakıda fəaliyyət göstərən özəl klinikalardan birinin baş həkimi məlumat verib:

"Baş həkim mənə zəng edərək bildirdi ki, 40-45 yaş arası bir kişi özünü mənim həyat yoldaşım və TƏBİB-in nümayəndəsi kimi təqdim edir. Onlara qəbzlər verir, pul ödəmələrini tələb edir. Baş həkimlərdən 70-500-1000 manat alır.

Eyni zamanda, özünü "Xəzər TV"nin əməkdaşı kimi də təqdim edir. Deyir ki, nə probleminiz varsa, Operativ Qərargaha deyin, guya orada çalışır.

Hazırda bu məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəm. Bu adda tanışım yoxdur. Heç kəsə ixtiyar verilmir ki, dələduzluqla məşğul olsun və tanınmış jurnalistin adından istifadə etsin. Onlara telefon nömrəsi də verib. Amma hazırda həmin nömrəyə zəng edirik, bağlıdır".

BAKU.WS