SİZİN REKLAM BURADA!
055 213 76 73


Tam Hərbi xidmət keçmiş şəxs yenidən ordu sıralarına çağırıldı.

BAKU.WS xəbər verir ki, maraqlı hadisə Cəlilabadda baş verib. Rayonun Adnalı kənd sakini Əmirli Emil Adışirin oğlu 2011-ci ildə Beyləqan rayonundakı hərbi hissələrdən birində 1 il 6 ay xidmət edərək ordu sıralarından təxris edilib.
Lakin 2018-ci ildən etibatən Emil Əmirlinin yaşadığı evə Səfərbərlik və Hərbi Xidmətə çağrış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şövbəsi tərəfindən ondan hərbi xidmətə yollanmasından ötrü ilkin tibbi müayinədən keçməsi tələb olunub.
Bu azmış kimi xəbərdarlıq məktubunda onun əks halda cərimə olunacağı da qeyd olunub.
Ən maraqlısı isə odur ki, Emil mövcud məsələ ilə bağlı hələ bir neçə il əvvəl adıçəkilən quruma hərbi xidmət keçməsi ilə bağlı hərbi bileti təqdim etib.
Lakin analoji hadisə bir neçə aydan bir yenidən təkrarlanır. Artıq Emil Əmirli mövcud faktın hüquqi çərçivədə həll olunmasından ötrü məhkəməyə müraciət etməyə hazırlaşır.

BAKU.WS
VİDEO