SİZİN REKLAM BURADA!
055 213 76 73


Prezident İlham Əliyev Gəncə şəhərində yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

BAKU.WS xəbər verir ki, Sərəncama əsasən, Gəncə şəhərində yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.4-cü yarımbəndində göstərilmiş beş milyon manat Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılıb.

BAKU.WS