SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə qadın anidən dünyasını dəyişib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, təxminən 30 yaşlarında olan Elmira adlı xanım yol gedərkən qəflətən halı pisləşib və yıxılıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub və qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hazırda faktla bağlı prokurorluqda araşdırma başlanılıb. Qadının hansı səbəbdən dünyasını dəyişməsi dəqiqləşdirilir.

BAKU.WS