SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərsu-tikinti” xəstəxanasının bərbad vəziyyətdə olması ilə yanaşı, vətəndaşlar yaşayış olan binaya koronavirus xəstələrinin köçürüldüyünü iddia edirlər.

BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”a vətəndaşlar tərəfindən müraciət edilib.

Paytaxtın Nizami rayonunun Babək prospekti 11a 2376-cı məhəlləsində yerləşən “Azərsu-tikinti” xəstəxanasında müvəqqəti məskunlaşan şəxslər iddia edirlər ki, onlar köçürülmədən koronavirusa yoluxan xəstələrin buraya gətirilməsinə başlanılıb:

“Xəstəxana bərbad vəziyyətdədir. Burada çalışan işçilər arasında da koronavirusa yoluxanlar olub. 20-yə yaxın ailə köçürülüb, lakin digərləri hələ də burada qalır. Bizimlə maraqlanan yoxdur. Xəstəxananın yuxarı mərtəbəsinin vəziyyətini videodan görürsünüz”.

Məsələ ilə bağlı irəli sürülən iddiaların nə dərəcədə həqiqəti əks etdirdiyini öyrənmək üçün Tibbi Ərazi Bölmələrini İdarə Etmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva ilə əlaqə saxladıq. O bildirdi ki, məlumatlar həqiqəti əks etdirmir:

“Sözügedən “Azərsu-tikinti” xəstəxanasına koronavirus xəstələrinin yerləşdirilməsinə başlanılmayıb”.

Xatırladaq ki, koronaviruslu xəstələrin müalicəsi ilə bağlı müəyyənləşdirilən xüsusi rejimli xəstəxanaların siyahısı arasında “Azərsu-Tikinti” xəstəxanasının da adı var.

BAKU.WS
VİDEO