VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Coğrafi ekologiya kafedrasının dosenti Allahverdi Dolxanov vəfat edib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, iyunun 22-də 69 yaşında dünyasını dəyişən A.Dolxanov 1976-1981-ci illərdə Rostov vilayəti Novoçerkassk şəhərində Mühəndis Melioratorlar İnstitutunun Meşə təsərrüfatı fakültəsində təhsil alıb. 1987-1991-ci illərdə Moskva Ümumittifaq Elmi tədqiqat Meşə təsərrüfatı və Meşə mexanizasiya İnstitutunda “Genetika, seleksiya və yaşıllaşdırma” ixtisasında aspiranturada təhsil alıb. "Aqroekologiya", "Regionların sosial-iqtisadi inkişafının ekoloji əsasları", "Meşəçilik və meşə ekologiyası" fənlərini tədris edib.

2002-ci ildən BDU-da çalışan A.Dolxanov 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Qeyd edək ki, A.Dolxanov 2005-2011-ci illərdə Xankəndi seçki dairəsi dairə seçki komissiyasının sədri olub.

BAKU.WS