SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstandan təxliyə ediləcək Azərbaycan vətəndaşlarından COVID-19 testlərinin götürülməsinə başlanılıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, təxliyəsi planlaşdırılan 178 Azərbaycan vətəndaşından bu gün səhər saat 08:00-da PSR testlərinin götürülməsinə başlanılıb.

Səfirlikdən verilən məlumata görə, analizlərin cavabı günün sonunadək açıqlanacaq və neqativ cavab alan şəxslər iyunun 23-də saat 10-da Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısından xüsusi avtobuslarla "Sınıq körpü" sərhəd-keçid məntəqəsinə gətiriləcəklər. Təxliyə olunacaq şəxslərin Azərbaycanda karantində saxlanılmayacağı bildirilib.

BAKU.WS
QALEREYA