SİZİN REKLAM BURADA!
055 213 76 73


Tovuzda qaz borusunun partlaması nəticəsində xəsarət alan şəxslərin kimliyi məlum olub.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə nəticəsində rayonun Düz Cırdaxan kənd sakini 63 yaşlı Məhərrəm Süleymanov və Bakı şəhər sakini 54 yaşlı Sənan Qarayev xəsarət alıb.

Hər iki şəxs Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.

Onların vəziyyəti ağır qitmətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

16:50

Tovuz rayonunda yol çəkilişi zaman qaz borusu partlayıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Xatınlı kəndinin yaxınlığında qeydə alınıb.

Partlayış zamanı iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Onlardan birinin vəziyyəti ağır, digərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.

BAKU.WS
QALEREYA