SİZİN REKLAM BURADA!
055 213 76 73


“Rezidentura imtahanı ilə bağlı avqust ayına olan cədvəlləri hələ ki, təsdiq etmədiyimiz üçün tarixi elan etmirik”.

BAKU.WS-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, rezidenturaya ərizə verənlərin sayı 1000 nəfərdən çoxdur: “Onlar hamısı Bakıda imtahan verməlidir, çünki Bakıda yaşayırlar. Amma avqusta qədər hələ vaxt var. Ona görə də əvvəlcədən hansısa tarixi elan edib, sonradan o tarixi dəyişmək daha pis nəticə verir, nəinki real vəziyyəti nəzərə alıb daha dəqiq vaxt demək. Avqustda rezidentura imtahanları olacaq, bu imtahanlarla bağlı heç bir problem yoxdur”.

BAKU.WS